Nəsimi poetikasında hürufi müəmmaları

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” adlı müsabiqəyə start verilib. Müsabiqənin keçirilməsinin əsas məqsədi Azərbaycanın söz sənəti və tarixində yüz illərboyu yaşayan Nəsimi irsi barədə məktəbliləri məlumatlandırmaq, yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikir tarixinə olan marağını artırmaqdan ibarətdir. Həmçinin şagirdlərdə mütaliə vərdişlərini, bədii, obrazlı və məntiqi təfəkkürü, tədqiqat bacarıqlarını inkişaf etdirmək, istedadlı, yüksək analitik düşüncə və təhlil qabiliyyətinə malik şagirdlər yetişdirmək müsabiqənin əsas hədəflərindəndir. Müsabiqə şagirdlərdə ədəbi biliklərin artmasına, oxuyub-anlama bacarıqlarının, dil və nitq qabiliyyətlərinin, yaradıcı təfəkkür, düşünmə, müstəqil fikir bildirmə bacarıqlarının formalaşmasına xidmət edir. IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə 3 mərhələdən (məktəbdaxili, rayon və şəhər) ibarətdir. Müsabiqənin məktəbdaxili mərhələsinin nəticələrinə əsasən, hər məktəbdən 3 şagird rayon turunda iştirak etmək hüququ qazanacaq. 25 oktyabrda məktəbimizdə “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” adlı müsabiqə keçirildi. Müsabiqədə tədqiqat mövzuları üzrə şagirdlərin təqdimatları dinlənildi.Yekunda münsiflər heyəti təeəfində münasibət bildirildi. 9 “A” sinif şagirdi Şirinov Telman “ Nəsimi poetikasında hürufi müəmmaları” mövzusunda tədqiqat iş I yerə layiq görülərək, rayon mərhələsinə keçid aldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi