Müstəqilliyimiz əbədidir!

18 oktyabrda məktəbimizdə Azərbaycan dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi. Tədbir məktəbin ibtidai sinif müəllimi Çiçək Əhmədovanın rəhbərliyi ilə 4 “B” sinfində təşkil olunmuşdur. Tədbirdə çıxış edən şagirdlər 28 il əvvəl oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edildiyi və bu aktın tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutuğunu bildirdilər.Daha sonra şagirdlər müstəqillik yolunda ölkəmizin apardığı tarixi, şanlı mübarizə yolu,bu mübarizədə böyük rol oynamış şəxsiyyətlər haqqında geniş məlumat verdilər. Tədbir zamanı həmçinin şagirdlər ölkəmizə həsr olunmuş və vətənpərvər ruhda yazılmış şerlər söylədi, bəstələnmiş mahnılar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi