Anamın kitabı traqikomediyasının oxusu və müzakirəsi

XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı üçün zəngin və mürəkkəb dövrlərdən biri olmuşdur. Həmin dövrdə tarixi şəraitin mürəkkəbliyi və çətinliyi Azərbaycan ziyalılarının milli mədəniyyəti inkişaf etdirmək əzmini daha da artırmışdır. Bu dövrdə Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Milli istiqlaliyyət uğrunda mübarizə apararaq, bütöv bir məktəb-Mollanəsrəddinçilər məktəbini yaratmış Cəlil Məmmədquluzadə qüdrətli vətəndaş, yazıçı, publisist, ictimai xadimdir. “Qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir” deyən yazıçı bütün ömrünü xalqına həsr etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamı görkəmli ədibin yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Tədbirlər Planı Cəlil Məmmədquluzadə irsinə yüksək ehtiramın ifadəsidir. Həmin Tədbirlər Planına əsasən 7 oktyabrda məktəbin 11 “a” sinif şagirdləri tərəfindən kitabxanada Cəlil Məmmədquluzadənin “ Anamın kitabı” traqikomediyasının oxusu və müzakirəsi keçirildi. Əsərin mövzusu, ideyası, başlıca problemi, mənəvi dəyərləri barədə söhbət açıldı. Ana dili və ədəbiyyat müəllimi Zümrüd Cəbiyeva Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynadığını və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyət olduğunu qeyd etdi. Bildirdi ki, o, ana dilinin saflığı uğrunda daim mübarizə aparmışdır. Müzakirə şagirdlərdə Cəlil Məmmədquluzadənin yaradıcılığına marağı artırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi