Demokrat ədibin yubileyinə həsr olunmuş fotosərgi

Görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynayıb, ayrıca ədəbi məktəb formalaşdırıb. Yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapıb..Ana dilinin saflığı uğrunda mübarizə aparan Mirzə Cəlil qiymətli nəsr əsərləri, parlaq publisistikası ilə də ədəbi-mədəni və mətbu mühitdə şöhrət qazanıb. Böyük ədibin dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalı milli oyanışa, yeniləşmə hərəkatına yol açıb, azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərib.Bu il demokrat ədibin anadan olmasının 150 illiyi tamam olur. Prezident İlham Əliyev yazıçının yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Böyük yazıçını 150 illik yubileyinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı hazırlanıb. Tədbirlər planına əsasən 2 oktyabrda məktəbimizin kitabxanasında Dahi şairin yubileyinə həsr olunmuş kitab və fotosərgi təşkil olunub. Kitabxana müdiri Aygün Quliyeva sərgiylə maraqlanan şagirdlərə böyük ədibin həyat yolu, yaradıcılığından məlumat verib. O qeyd edib ki, şair bir müddət ədəbiyyatla bərabər, teatr və mətbuata da meyil göstərib, Naxçıvanda və İrəvanda inzibati işlərdə çalışıb. Böyük ədibin ilk mətbu əsəri 1902-ci il martın 2-də Bakıdakı “Kaspi” qəzetində çıxmış məqaləsidir. Milli şüurun oyanışında, milli ruhun formalaşmasında Cəlil Məmmədquluzadə və onun “Molla Nəsrəddin” jurnalı əvəzsiz məktəb rolu oynayıb. Bu sərgi Böyük ədibin Yaradıcılığına şagirdlərdə maraq doğurub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi