Göyərçinim – sülh quşum

21 sentyabr - Beynəlxalq Sülh Günü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədbirlər keçirildi. Bu məqsədlə 20 sentyabrda 4 “b” sinfində Çiçək Əhmədova “Göyərçinim – sülh quşum” adlı tədbir keçirdi. Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaqdır. Tədbirdə çıxış edən şagirdlər sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin dayandırılması arzusunu və sülh şəraitində yaşamaq istəyini vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi