Son zəng

Artıq uzun illərdi ki, "Son zəng" Azərbaycanın orta ümumtəhsil məktəblərində təntənəli şəkildə qeyd olunur. 14 iyunda ölkəmizin hər güşəsində olduğu kimi bizim də məktəbdə "Son zəng" tədbiri keçirildi. Məktəbimizdə keçirilən "Son zəng" tədbiri məktəbin direktorunun və müəllimlərin təbriki, gələn qonaqların və valideynlərin arzuları, 11-cilərin çıxışı ilə yadda qaldı. İlk olaraq tədbirə Dövlət bayrağı gətirildi. Təbrik üçün ilk söz məktəbin direktoru Nailə Əhmədovaya verildi. Nailə Əhmədova məktəbin nailiyyətlərindən, qabaqcıl müəllimlərdən danışdı. Məktəb və şagirdlərin müxtəlif müsabiqə iştirakçıları olduğunu qeyd etdi və bu müsabiqələrdə müxtəlif fərmanlara layiq görüldüyünü vurğuladı. Nailə xanım məzunları müstəqil həyata qədəm qoymaları münasibəti ilə təbrik etdi, onlara uğurlar arzuladı. Müxtəlif sahələrdə fərqlənən məzunları təbrik edərək diplomlarla təltif etdi. Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Ayxan Sadıxov iştirak edirdi. O, çıxış edərək ölkəmizdə gedən hərtərəfli inkişafdan danışdı. Hər bir sahədə olduğu kimi təhsil sfersına da respublika Prezidenti cənab İlham Əliyevin və onun xanımı Vitse Prezident Mehriban Əliyevanın diqqət və qayğısı olduğunu qeyd etdi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Əzizə Kərimovanın, Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlının, 11 "A" , 11 "B" , 11 "C" sinif rəhbərlərinin çıxışları məzunları duyğulandırdı. Onlar məzunlara məktəbin adını hər zaman uca tutmağa arzuladılar. Məzunlar öz çıxışlarında məktəbdən ayrıldıqları üçün həm kədərləndiklərini, həm də sevindiklərini bildirdilər. Sonda son zəng səsləndi. Bu zəng artıq onları siniflərə deyil, müstəqil həyata səsləyirdi. Sizə uğurlar olsun, əziz məzunlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi