İVAN KRILOV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI

11 iyunda məktəbimizdə Gülnar Ağayevanın rəhbərliyi ilə 4 “C” sinif şagirdləri ilə birgə “İvan Krılov və Azərbaycan ədəbiyyatı” adlı tədbir keçirildi. Tədbir böyük rus şairi İ.Krılovun yaradıcılıq zirvəsi sayılan və Azərbaycan dilinə də tərcümə olunan təmsillərinə həsr olunmuşdur.Əvvəlcə Gülnar Ağayevaİ.Krılovun atalar sözü və məsəllərdən, nağıllardan məharətlə faydalanaraq yaratdığı əsərlərlə rus ədəbi dilinin inkişafında mühüm rol oynamasını vurğuladı. Sonra isə Krılovun həyat və yaradıcılığından söz açaraq təmsillərinin Azərbaycan ədəbiyyatına göstərdiyi təsirdən danışdı.Sonda İ.Krılovun şagirdlər tərəfindən səhnələşdirilmiş təmsillərindən ibarət səhnəciklər göstərildi. Şagirdlər böyük rus təmsilçisi İ.Krılovun təmsillərindəki dərin mənanı tədbir iştirakçılarına çatdırmağı bacardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi