Mütəfəkkir şairə həsr olunmuş referatlar müsabiqəsi

Bildiyimiz kimi 2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur.İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. 2019-cu il” Nəsimi ili” elan olunması münasibətilə 4 iyunda məktəbimizin kitabxanasında kitabxana müdiri Aygün Quliyeva və ədəbiyyat müəllimi Zümrüd Cəfərova ilə birgə referatlar müsabiqəsi təşkil olundu. Müsabiqəyə VII-VIII sinif şagirdləri qatıldı. Müsabiqənin keçirilməsində məqsəd məktəbliləri Nəsiminin əsərləri ilə tanış etmək, Nəsimi poeziyasını sevdirmək, onların bədii yaradıcılıq bacarıqlarını aşkara çıxarmaq və bu yöndə istiqamətləndirməkdən ibarətdir.Şagirdlər referatlarını təqdim etdilər. Onların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi