Eqoist Nəhəng

31 may tarixində məktəbimizin ingilis dili müəllimi Hilalə Cumayeva 6 "a"sinfi ilə birlikdə məşhur ingilis dramaturqu və şairi Oskar Wildin "Eqoist Nəhəng(div)” əsərini səhnələşdirdi. Dərsi məktəbin direktoru Nailə Əhmədova, Təlim-tərbiyə işləri üzrə direktor müavini Əzizə Kərimova, müəllim və valideynlər izlədilər. Dərsin əvvəlində Oskar Wild haqqında məlumat verildi. Bildirildi ki, o, məşhur ingilis yazıçısı və dramaturqu olub. O, 1854 -cü ilde İrlndiyada anadan olub ve 1900 ilde vefat edib.Müxtelif janrlarda eserler yazdiqdan sonra o,1880-ci illərdə İngiltərənin ən məşhur dramaturqlarindan birinə çevrilir. O daha çox insanların yaddaşında epiqramları və oyunları ilə yadda qalır.46 il ömür sürür və 46 yaşında vəfat edir.Onun eserlerine xeyli sayda kinolar çəkilmiş ,həmin kinolardanda bəziləri Oskar mükafatına layiq görülmüşdür.”Nəhəng div” əsəri onun uşaqlar üçün yazılmış məşhur əsərlərindəndir. Əsər Div və balaca uşaqlar haqqındadır. Sonda məktəbin direktoru Nailə Əhmədova çıxış edərək müəllimin və şagirdlərin əməyini yüksək qiymətləndirdiyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi