İnsan Hüquqları Aylığı

Məktəbin təhsil ocağı olmaqla yanaşı, gənc nəslin ümumi dünyagörüşünün formalaşması, öz hüquq və vəzifələrini öyrənməsi və sair sahələrdə də mühüm rol oynadığı danılmaz faktdır. Məhz bu səbəbdən ölkəmizdə həyata keçirilən mühüm ictimai-siyasi və mədəni tədbirlər daim orta ümumtəhsil məktəblərində işıqlandırılır. Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan edilib. Bu münasibətlə 31 may tarixində məktəbimizdə tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nailə Əhmədova açdı. İnsan hüquqları barədə ətraflı məlumat verdi. Şagirdlərə cəmiyyətdə düzgün mövqe tutmaq üçün öz hüquq və vəzifələrini lazımi səviyyədə bilmələrinin vacib olduğunu vurğulayaraq məsləhət və tövsiyələrini verdi. Tədbir şagirdlərin insan hüquqları və vəzifələri barədə məlumatlarının artırılması, həmçinin sosial münasibətlərin düzgün qurulmasında əhmiyyətli rol oynadı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi