Valideynin məktəbdə bir günü

30 may 2019-cu il tarixdə məktəbimizdə «Valideynin məktəbdə bir günü” layihəsinin növbəti turu reallaşdı. Layihə valideynlərin məktəbi gəzintisi ilə başladı. Valideynlər kitabxana, məktəb bufeti, idman zalı, kompüter otaqları ilə yaxından tanış oldular. Daha sonra məktəbin direktoru valideynlərə məktəbin fəaliyyəti ilə bağlı məlumat verdi. Daha sonra Nailə xanım valideynlərin şıkayət və təkliflərini dinlədi və cavablandırdı. Məktəbin psixoloqu Fərqanə Əliyeva valideynlərin diqqətini uşaqların yaş xüsusiyyətindən asılı olaraq onlara həssas yanaşmağa, övladının həyatında daha yaxından iştirak etməyə, övladları ilə dost olmağa cəlb etdi. Sonra valideynlər ayrı-ayrı siniflərdə dərsləri müşahidə etdilər. Tədbir şagirdlərin hazırladığı bədii hissə ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi