Mübariz sinfi

Ümumitəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi məqsədi ilə 27 may tarixində məktəbimizin 8a sinfinə Milli Qəhrəman Mübariz İbrahimovun adının verilməsi qərara alındı. Buna səbəb 8a sinfinin il boyu dərslərindəki yüksək göstəricisi, məktəbin ictimai işlərində həvəslə iştirak etməsi, davranış və mədəniyyətləri ilə fərqlənməsi oldu. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nailə Əhmədova açdı. Nailə xanım bu tədbirin əhəmiyyətini vurğulayaraq 8a sinfini belə bir “Mübariz sinfi” adına layiq görüldüyü üçün təbrik etdi. Bu məsuliyyətin onların həyatında, gələcək uğurlarında, vətənə Mübariz kimi oğul olmaqda rolundan danışdı. Söz həmin sinfin rəhbəri Yeganə İsmayılovaya verildi. Yeganə xanım belə bir fəxri ada görə sinif və valideynlər adından tədbirin təşkilatçılarına təşəkkür etdi. Azərbaycan dili və ədəbiyyat müəllimi Zümrüd Cəbiyeva yüksək ada layiq görüldüyü üçün şagirdləri təbrik etdi və bu adı doğrultmağı arzuladı. Sonra şagirdlər proqramla çıxış etdilər, şeirlər və Milli Qəhrəman Mübariz İbrahimovun həyatını əks etdirən videoçarx nümayiş etdilər. Sonda Məktəbin direktoru Nailə Əhmədova və təlim-tərbiyə işləri üzrə direktor müavini Əzizə Kərimova şagirdləri döş nişanı ilə təltif etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi