Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü

27 mayda məktəbdə 28 may Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünə həsr olunmuş tədbir 3b, 3c sinif şagirdlərinin iştirakı ilə sinif müəllimi Çiçək Əhmədova tərəfindən təşkil etmişdir. Tədbirdə məktəb müdiriyyəti, müəllimlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması və Respublika gününə həsr olunmuş şeirlərlə başladı. Şagirdlərin ifasında mahnı, şeir, nəğmələr dinlənildi, rəqslər ifa olundu. Şagirdlərin diqqətinə çatdırıldı ki, bu günü ona görə bayram edirik ki, 1918-ci il mayın 28-də ilk müstəqil dövlətimiz qurulub. İndi Azərbaycanımız çiçəklənən demokratik bir ölkəyə çevrilib. Ölkəmizdə uşaqların sağlam, bilikli, tərbiyəli böyümələrinə böyük diqqət yetirilir, çünki bu balaca fidanlar bizim gələcəyimizdir. Tədbirin sonunda məktəbin direktoru Nailə xanım balaca fidanları Respublika günü münasibətilə təbrik edərək onlara diplomlar təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi