Murad Dadaşovla görüş

24 may tarixində "Yarat" incəsənət mərkəzində Bakı şəhəri məktəblilərinin görüşü oldu. Bizim məktəbdən 7c,8b sinif şagirdləri və həmin sinfin rəhbərləri də iştirak etdi. "Sənin qəhrəmanın kimdir?" mövzusundakı görüşü Murad Dadaşov müzakirə şəklində apardı. 7c sinfinin şagirdlərindən Jalə ,Fərhad,Hacıağanın verilən suallara çox həvəslə cavab verdi. M.Dadaşov həyatdakı uğurlarından, bu uğura gedən yolda apardığı mübarizədən danışdı. Sonda məktəbimizin müəllimi Zümrüd Cəbiyeva şagirdlərlə görüşə gəldiyi üçün, çox maraqlı müzakirəyə görə təşəkkür etdi. Murad Dadaçov sonda bu etirafı etdi: "Mən qorxdum ki, uşaqlar mənə qulaq asmayacaq,onlarla söhbətim maraqlı alınmayacaq. Ancaq gözlədiyimin tam əksi oldu. Uzun müddət unuda bilməyəcəyim bir görüş oldu". Onun bu səmimi etirafı uşaqlar tərəfindən ruh yüksəkliyi ilə alqışlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi