Azərbaycan Xalq Cümhuriyyəti -101

Məktəbimizdə “Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi”nə həsr olunmuş tədbirlər həyata keçirilir. 24 may tarixində məktəbin tarix müəllimi Haqverdi Cəfərov 8a sinfində seminar keçirdi. Haqverdi müəllim Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, 23 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi islahatlardan geniş məruzə etdi. Sonda şagirdlərin bu barədə bildikləri məlumatlar dinlənildi və sualları cavablandırıldı. Bu tədbirlərin keçilməsində məqsəd şagirdlərə Azərbaycanın müstəqillik uğrunda keçdiyi yolların çətinliklərini çatdırmaq və indiki zamanda ölkəmizin müstəqilliyini qorunub saxlanması üçün möhtərəm prezidentimiz İlham Əliyevin əvəzsiz xidmətlərini dəyərləndirməyə çağırmaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi