Məktəbin növbəti Pedaqoji Şurası

Dünən- 23 may 2019-cu il tarixdə məktəbin növbəti Pedaqoji Şurası çağırıldı. Pedaqoji Şurada qoyulan məsələ Azərbaycan Respublikası Təhsil Nazirinin 15 noyabr 2016-cı il 728 nömrəli “ Xüsusi hallar barədə” əmri və bu əmrə edilən dəyişiklik oldu. Məktəbin direktoru Nailə Əhmədova pedaqoji kollektivi qeyd olunan əmrdəki dəyişiklərlə tanış etdi və xüsusi halların: yanğın, partlayış, terror təhlükəsi kimi texnogen hallar barədə Fövqaladə Hallar orqanlarına, şagirdlərlə baş verə biləcək fiziki və psixi zorakılıq hallarında hüquq-mühafizə orqanlarına, şagirdin xəsarət aldığı və yaxud bədbəxt hadisə baş verdiyi zaman tibbi yardım göstərilməsi kimi qaydaları bir daha vurğuladı. Müəllimlərə tövsiyyə edildi ki, belə hallarla rastlaşdıqda təcili olaraq məktəbin müdiriyyəti məlumatlandırılmalı və müdiriyyət də bu informasiyanı BŞTİ-nə ötürməlidir. Eyni zamanda xüsusi hallar zamanı təhsil müəssisəsinin fəaliyyətinə dair BŞTİ-nin tövsiyyələri də pedoqoji kollektivin diqqətinə çatdırıldı. Belə ki, şagirddə hər hansı bir dəyişiklik( özünə qapanma, əsəbilik və s.) olduqda bu davranışın səbəbləri araşdırılması, məlumatın məktəbin psixoloquna ötürülməsi, bu səbəblərin mümkün qədər azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsi kimi addımların zəruriliyi vurğulandı. Nailə xanım pedaqoji kollektivin bütün bu məsələlərdə hər bir şagirdə həssas yanaşmağı, onların yaş xüsusiyyətlərini nəzərə almaqla qabaqlayıcı tədbirlərin, söhbətlərin aparılmasını tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi