Mütaliəni həyat tərzinə çevirək

Məktəbin 2.4.5 Fəaliyyət Planına əsasən "Mütaliəni həyat tərzinə çevirək" devizi altında şagirdlərin mütaliə vərdişlərini formalaşdırmaq məqsədi ilə məktəbimizdə 24 may tarixində şagirdlərlə növbəti görüş keçirildi. Məktəbin kitabxanasında 9c sinif şagirdləri ilə görüşən təlim-tərbiyə işləri üzrə direktor müavini Əzizə Kərimova, ədəbiyyat müəllimləri Cəbiyeva Zümrüd, Əliyeva Gülxumar, Qurbanova Sevinc, kitabxana müdiri Aygün Quliyeva, kitabxanaçı Yaqut Abbasova İsa Hüseynovun “Məhşər” romanında Nəsimi obrazı haqqında müzakirələr apardı. Zümrüd müəllimə roman haqqında şagirdlərə qısa məlumat verdi. Şagirdlər İsa Hüseynovun “Məhşər” romanında müqayisəli şəkildə təhlil etdilər. Obrazlar barədə fikir mübadiləsi apardılar. Nəsimi obrazına debat şəklində münasibət bildirdilər. Bu görüşün məqsədi şagirdlərə öz əqidələrindən dönməzliyi, mətinliyi aşılamaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi