Ümumbəşəri və multikultural dəyərlərə hörmət humanizm ideyalarına sadiqlik nümunəsi kimi

22 mayda məktəbimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019 tarixli F-18 nömrəli əmri ilə təsdiq olunmuş “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının (2.2./ 2.2.3) "Ümumbəşəri və multikultural dəyərlərə hörmət humanizm ideyalarına sadiqlik nümunəsi kimi” mövzusuna həsr olunmuş seminar keçirildi. Məktəbin direktoru Nailə Əhmədova öncə çıxış edərək multikulturalizm haqqında ətraflı məlumat verib. O bildirib ki,multikulturalizmin əsasını tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət hissi təşkil edir. Eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir və ölkəmiz multikulturalizmin əsas məkanlarından biridir. Heydər Əliyev Fondunun multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq miqyasda təbliğinə böyük töhfələr bəxş etdiyindən bəhs edən Nailə xanım qeyd edib ki, ölkəmizdə tolerantlıq mühiti hər zaman yüksək səviyyədə olduğu üçün multikulturalizma, millətlər və dinlər arasında olan münasibətlərə həsr edilmiş bir çox elmi konfranslar, tədbirlər, dəyirmi masalar keçirilir. Seminarın keçirilməsində məqsəd milli-mənəvi, ümumbəşəri və multikultural dəyərlərin təbliği və təşviqidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi