CAHANA SIĞMAYAN DÜHA

17 aprel 2019- cu il tarixdə Bakının Səbail rayonu R.Əhmədov adına 203 nömrəli tam orta məktəbin şagirdləri ADMİU-nun tələbələri ilə birgə mütəfəkkir alim və şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə "CAHANA SIĞMAYAN DÜHA" adlı ədəbi-bədii tədbir baş tutmuşdur.Tədbiri giriş sözü ilə məktəbin direktoru Nailə Əhmədova açaraq Azərbaycanda 2019- cu ilin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Nəsimi ili adlandırıldığını, bu sərəncamın gənc nəslin bədii-estetik və vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətindən söz açdı. Tədbirdə Azərbaycan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Səbail rayonu İcra Hakimiyyətinin şöbə müdiri Qabil Vahidov, Səbail YAP-nın, Səbail Gənclər və İdman idarəsinin, M.Qorki adına kitabxananın əməkdaşları qonaq qismində iştirak edirdilər. ADMİU tərəfdən qonaqlar "Teatr sənəti" fakültəsinin dekanı dosent Ellada Hüseynova, "Dram rejissoru və səhnı plastikası" kafedrasının müdiri dosent Sevda Teymurova və sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehriban Qasımova iştirak edirdi. Tədbirdə tamaşaçı qismində 203 nömrəli məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak edirdilər. Tədbir bütövlükdə ədəbi-bədii kompazisiya şəklində idi. Nəsimi rolunun ifaçısı ADMİU-nun 1-ci kurs tələbəsi Kamran Şahverənov, Fatma rolunun ifaçısı 11-ci sinif şagirdi Həmidə Xəlilova, şairin qəzəllərini yüksək səviyyədə ifa edən 4- cü kurs tələbəsi Ümid Abbas, dərvişlər rolunda 8-ci sinif şagirdləri çıxış edərək sürəkli alqışlarla qarşılaşdılar. Tədbirin sonunda tədbirdə qonaq qismində iştirak edən ictimai xadim, Nəsimi irsinin araşdırıcısı Firudin Qurbansoy çıxış edərək tələbə və şagirdlərin çıxışlarını bəyəndiyini və Nəsimi yaradıcılığının hələ əsrlərlə öyrəniləcəyini söylədi. Söz tədbirin əsas təşkilatçıları kimi ADMİU tərəfdən Ellada Hüseynovaya və 203 nömrəli məktəb tərəfdən ədəbiyyat müəllimi Elmira Asanovaya verildi. Hər iki təşkilatçı şagirdlərə Nəsimi irsini daha dərindən öyrənməyi tövsiyə etdilər, eyni zamanda məktəblə Universitetin belə bir əməkdaşlığının ixtisas seçimi qarşısında olan yuxarı sinif şagirdləri üçün əhəmiyyətini vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi