Təbiəti qoruyaq

17 may tarixində məktəbimizin 6a sinif şagirdləri biologiya müəllimi Təranə Sadatova ilə birgə məktəbin yerləşdiyi ərazinin yaxınlığındakı parka ekskursiya etdilər. Məqsəd ərazinin flora və faunası ilə birbaşa təmasda olmaq və canlı təbiəti öyrənmək idi. Təranə müəllimənin köməyi ilə şagirdlər parkda olan ağac, kol və otların quruluşu, əhəmiyyəti və yayılması haqqında məlumat əldə etdilər. Bu ekskursiyanın əhəmiyyəti həm də ondan ibarət oldu ki, şagirdlərə təbiəti qorumaq, onun flora və faunasına qayğı göstərmək kimi xüsusiyyətlər aşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi