Bölgənin tarixi və coğrafiyası

Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət planı əsasında hazırlanmış birgə İş Planına uyğun olaraq “Bölgənin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət ən-ənələri, tanınmış şəxsiyyətləri” mövzusuna həsr edilmiş dərs 6 “A” sinfində 14 mayda keçirildi. Coğrafiya müəllimi Püstə Abbasovanın rəhbərliyi ilə baş tutan dərsdə şagirdlər Abşeron yarımadası haqqında öyrəndikləri məlumatları bölüşdülər. Yarımadanın coğrafi mövqeyi, tarixi, iqlimi, gölləri, təbiət abidələri, dini ibadətgahları, flora və faunası, ekologiyası və tanınmış şəxsiyyətləri şagirdlər arasında müzakirə obyektinə çevrildi. Ötürülən informasiyaların zənginliyi ilə fərqlənən dərs məlumatlandırıcı xarakter daşıdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi