Nasizm üzərində qələbə

9 May - faşizm üzərində Qələbə Günü. Alman faşizmi üzərində qələbədən 74 il keçir. Nasizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramıdır. İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşanı işğal ilə başlayıb. 1941-ci il iyunun 22-də isə Almaniya Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da Berlində başa çatıb.Bu münasibətlə ibtidai sinif müəllimi Gülnar Ağayeva 4 “C” sinif şagirdlərinin iştiraki ilə” Nasizm üzərində qələbə “ adlı tədbir keçirdi. Tədbirin qonağı müharibə veteranı Əli Nəsirov idi.O,öz döyüş xatirələrindən, həyatından, günlərlə səngərlərdə qalmalarından, Faşizm üzərində qələbənin düz 5 il sürməsindən və nəhayət parlaq qələbədən kiçik epizodlar, xatirələr söylədi. Eyni zamanda, gəncləri daim Vətəni sevməyə, onu qorumağa səslədi.Əli Nəsirovunun maraqlı söhbətlərinə diqqətlə qulaq asan şagirdlər müharibə veteranına suallar ünvanladı, Böyük Vətən Müharibəsində Azərbaycanın rolundan danışıb, igidliklə vuruşan, qəhrəmanlıq göstərən azərbaycanlılar haqqında məlumat verdilər.Məktəblilərin Vətənə, qələbəyə aid ifa etdikləri şeirlər, mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.Sonda şagirdlər Əli Nəsirova gül dəstəsi təqdim edib, xatirə şəkili çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi