“Breyn-rinq” intellektual bilik yarışı

7 mayda məktəbin direktoru Nailə Əhmədovanın rəhbərliyi ilə ”Günəş” müəllimlər və “Ulduz” şagirdlər komandasından ibarət “Breyn-rinq” intellektual bilik yarışı keçirildi. Komandaların üzvləri beş nəfərdən ibarət idilər. Yarış başlamazdan öncə “Breyn Rinq”in qaydaları münsiflər tərəfindən iştirakçılara elan olundu,komanda kapitanları digər komanda üzvlərini təqdim etdilər.Daha sonra kapitanlar sualların olduğu zərflərdən birini seçərək verilən vaxt ərzində sualları cavablandırmağa çalışdılar.Verilən vaxt tamamlandıqdan sonra kapitanlar cavabları münsiflərə təqdim etdilər.Cavablar yoxlanıldıqdan sonra isə nəticələr zala elan olundu. Sonda müəllimlərdən ibarət komanda qalib oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi