Qobustan Dövlət Qoruğuna gəzinti

4 mayda məktəbimizin ibtidai sinif müəllimi Çiçək Əhmədova 3 “B” sinif şagirdləri və bir qrup valideynlərlə birgə Qobustan Dövlət Qoruğuna gəzinti təşkil etdilər. Şagirdlər muzeydə sanki bir canlı film izləmiş oldular. Onlar üçün bu qoruq və muzeydəki tarixi səhnələrin həyat tərzi həyəcanlı anlar yaşadırdı. Hər bir eksponat, keçmiş insan sümüyünün qalıqları, müxtəlif məişət əşyaları, boyunbağları maraqlarını cəlb edirdi. Muzeyi gəzdikdən sonra tarixi qayalığa gəzinti ilə davam edən uşaqlar hər qayanın, quyunun bir tarixinin olduğunu düşündürmə təfəkkürünü oyatmaq müəllimlər üçün məsuliyyət və zövqverici idi. Qayaüstü rəsmlər, qaval daşları ən çox marağa səbəb oldu. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını artırmaq, milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq və onlara tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi