"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinə ekskursiya

30 apreldə Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlının rəhbərliyi ilə məktəbimizin VII, VIII, IX sinif şagirdləri və bir qrup müəllim kollektivi "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinə ekskursiya etdilər. “Azərkosmos” ASC Azərbaycan hökuməti tərəfindən 3 may 2010-cu il tarixində yaradılmışdır və Qafqazda ilk peyk operatorudur. . “Azərkosmos” ASC-nin əməkdaşları şagirdləri çox mehriban qarşıladılar. Təlimatçılar şagirdləri “Azərkosmos”un binası, iş otaqları ilə tanış etdilər. Fidan Behbudova bildirdi ki, “Azərkosmos” ASC operatoru olduğu “Azerspace-1” peyki vasitəsilə teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən eləcə də, özəl sektordan olan müştərilərini birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə təmin edilməsi istiqamətində fəaliyyət göstərməkdədir. Hazırda “Azerspace-1” peykinin dünyanın 20-dən çox ölkəsində müştəri bazası var və peyk üzərindən Azərbaycan, türk, rus, ingilis, gürcü və Ukrayna dillərində, yerli və beynəlxalq səviyyəli televiziya və radio kanalları yayımlanır. Bu görüşün gələcəkdə şagirdlərə peşəseçmə işində əhəmiyyəti çox böyük olacaq. Bu səfərdən şagirdlər və müəllimlər çox məmnun qaldılar və xoş təəssüratla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi