Ana dilində ictimai-fəlsəfi lirikanın ən qüdrətli yaradıcısı

15 apreldə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ana dilində ictimai-fəlsəfi lirikanın ən qüdrətli yaradıcısı” mövzusunda VIII sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, ədəbiyyat müəllimləri iştirak etdi. Məktəbin direktoru Nailə Əhmədova çıxışında bildirdi ki,cənab prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan etməsi heç də təsadüfü deyil. Çünki Nəsimi humanist ideyalar daşıyıcısı olmaqla Azərbaycan şeirinə və türk xalqlarının ədəbiyyatına yeni istiqamət vermişdir. Ədəbiyyat müəllimi Zümrüd Cəbiyeva Nəsiminin yaradıcılığı barədə danışaraq şagirdləri istiqamətləndirdi. Şagirdlər şeirlər söyləyərək təhlillər verdilər. Şairin yaşadığı dövrün keşməkeşlərindən danışdılar. Azərbaycan ədəbiyyatında əyilməzlik, möhkəm iradə, mübarizlik simvolu kimi tanınan İmadəddin Nəsiminin əsərlərində insan, insan ləyaqətinin geniş əks olunduğunu söylədikləri şeirlərlə iştirakçılara çatdırdılar. Sonda məktəb rəhbərliyi şagirdlərə və ədəbiyyat müəllimi Zümrüd Cəbiyevaya belə maraqlı tədbir görə öz minnıtdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi