İmadəddin Nəsiminin bədii irsi və yaradıcılığı

Bu il ölkə başcısı cənab İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin doğumunun 650 illiyi münasibəti ilə "Nəsimi ili" elan edib. Bununla bağlı "Nəsimi İli"nə həsr olunmuş Dövlət səviyyəsində tədbirlər planı hazırlanıb. Nəsimi irsinin nəşri və şagirdlərə çatdırılması müəllimlərin qarşısında ən böyük və şərəfli vəzifələrdən biridir.Bütün bunlar prezidentimiz cənab İlham Əliyevin öz xalqına, Azərbaycanın çoxəsrlik zəngin milli mədəniyyətinə böyük qayğı və diqqətin parlaq təzahürü və Azərbaycan xalqının Nəsimiyə dərin məhəbbətin gözəl ifadəsidir. Bu məqsədlə 11 apreldə məktəb kitabxanasında kitabxana müdiri Aygün Quliyevanın rəhbərliyi ilə İmadəddin Nəsiminin bədii irsini və yaradıcılığını əks etdirən kitab və fotosərgilərin təqdimatı keçirildi. Təqdimatda yuxarı sinif şagirdləri iştirak etdilər. Nəsiminin təqdim olunan əsərləri və həyatı ilə bağlı maraqlı məlumatlar əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi