Vətənin qəhrəman oğulları

Məktəbin illik fəaliyyət planına uyğun olaraq 10 apreldə məktəbimizin 6”A” sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Gülxumar Əliyevanin rəhbərliyi ilə “Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatlarının təşkili baş tutdu. Bu mövzuda təqdimatların təşkil olunması şagirdlərdə vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə çatdırılması məqsədlərinə xidmət edir.Şagirdlər təqdimatlarında ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının şücaətindən bəhs etdilər. Daha sonra şagirdlər tərəfindən qəhramanlarımıza həsr edilmiş şeirlər söylənildi, vətənpərvər mahnılar ifa edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi