Reproduktiv sağlamlığın tədrisi

Məktəbimizdə Təhsil Nazirliyinin təşəbbüsü ilə “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində seminar təşkil edilmişdir. Seminar “Ümidli Gələcək” gənclər İctimai Birliyinin əməkdaşı Bənövşə Tağıyevanın iştirakı ilə reallaşmışdır. Seminarda VI sinif şagirdləri – qızlar və valideynlər iştirak etmişlər. Bənövşə Tağıyeva şagirdlərin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı məlumat vermiş və onlara bu məlumatı əks etdirən videoçarx nümayiş etdirilmişdir. Seminarda şagirdləri maraqlandıran suallara cavab verilmiş, sonda şagirdlərə hədiyyələr təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi