Narkomaniya sosial bəladır

3 apreldə məktəbin kimya müəllimi Yeganə İsmayılovanın rəhbərliyi ilə “Narkotikə yox deyək” və “Narkomaniya sosial bəladır” mövzusunda tədbir təşkil edildi. Tədbirdə Yeganə İsmayılova bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu qeyd etdi. Tədbirin sonunda bu bəlaya düçar olanlar barəsində süjet təqdim olundu, şagirdləri maraqlandıran mövzular barədə fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi