Yurdumuza bahar gəlir

Martın 19-da məktəbimizdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı münasibətilə 4 “A” və 3 “A” sinif şagirdlərinin, sinif rəhbərləri Gülxar Bağırova və Almaz Osmanovanın rəhbərliyi ilə təşkil olunmuş “Yurdumuza bahar gəlir” adlı tədbiri keçirildi. Tədbirdə çıxış edən Nailə Əhmədova iştirakçıları təbiətin oyanışından xəbər verən, insan həyatına yenilik, süfrələrə xeyir - bərəkət bəxş edən Novruz bayramı münasibətilə təbrik etdi.Şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini vurğuladı. Tədbirdə şagirdlər Novruza, baharın gəlişinə həsr olunmuş şeirlərdən parçalar söyləyib, maraqlı səhnəciklər nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi