Ümumdünya Mülki Müdafiə Günü

1 Mart bütün dünyada Ümumdünya Mülki Müdafiə Günü qeyd olunur. Bu tarix 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilir. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunan bu gün bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu məqsədlə məktəbimizdə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nailə Əhmədova Beynəlxalq Mülkü Müdafiə Gününün tarixindən danışdı. Tədbirdə şagirdlərin iştirakı ilə yanğınsöndürmə, tibbi yardım manqasının üzvlərinin iş qaydaları əyani nümayiş etdirildi. İştirakçılar sonrada mülkü müdafiə gününə həsr edilmiş "açıq dərs"lərdə oldular və şagirdlər təbii fəlakətlər, zəlzələ,yanğın zamanı lazım olan tədbirlər haqqında məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi