Ana dili - mənim ruhum

21 fevral Beynəlxalq Ana Dili günü münasibətilə məktəbimizdə "Ana dilim mənim ruhum"adlı şeir müsabiqəsi keçirildi. Müsabiqəni məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elmira Asanova açdı. Ana dilinin həyatımızdakı yerini, vətən kimi , ana kimi əvəzolunmaz olduğunu göstərdi və onun saflığının qorunmasının hər birimizin müqəddəs borcu olduğunu vurğuladı, həmçinin bu günün tarixçəsini şagirdlərin nəzərinə çatdırdı. Sonra şagirdlərə söz verildi. Sagirdlər ədəbiyyatımızın böyük simaları N. Gəncəvi, M. Füzuli, İ. Nəsimi, S. Vurğun M.Ə. Sabir, həmçinin C. Novruz, N. Hikmət, İ. Fəhmi və digərlərinin əsərlərini səsləndirdilər. Müsabiqədə 5 "A" sinif şagirdlərinin dahi Azərbaycan şairi N. Gəncəvinin " Kərpickəsən kişinin dastanı" mənzum hekayəsinə hazırladıqları səhnəcik xüsusi marağa səbəb oldu. Sonda münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri müəyyənləşdirildi və təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi