Valideynin məktəbdə bir günü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” adlı layihənin keçirilməsi barədə əmr verilmişdi. Layihənin reallaşdırılmasında əsas məqsəd valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq və valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarətdir. 19 fevralda məktəbimizdə bu görüş baş tutdu. Görüş zamanı valideynlər məktəb mühiti ilə tanış oldular, məktəbin direktoru Nailə Əhmədova tərəfindən onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verildi. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənildi və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparıldı. Bundan əlavə, Təlimə Dəstək Mərkəzinin İT və kurikulum üzrə mütəxəssisi Abdulla Qəhrəmanov tərəfindən valideynlər üçün sessiya təşkil olundu. Valideynlərə təşəbbüskar və daha fəal olmaq, eləcə də müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr verildi. Eyni zamanda, valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirildi. Sonda şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi