Zima-2019 beynəlxalq uşaq festivalı

Azərbaycan Mədəniyyət Nazirliyinin və “Beat Group” şirkətinin dəstəyi ilə 16 fevralda Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirildi. Festivalın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könül, layihənin musiqi prodüseri Rüstəm Rzayev, vokal üzrə pedaqoq isə Rimma Şapovalovadır. Vokal üzrə pedaqoq, Ukraynanın Əməkdar artisti Rimma Şapovalova jurnalistlərə müsahibəsində festival iştirakçılarına böyük ümidlər bəslədiyini bildirərək, yeni istedadların üzə çıxarılmasında belə tədbirlərin əhəmiyyətini qeyd etdi. Festivalda iştirak üçün 100-dən çox istedad müraciət etmişdi. Onların yalnız 21-i finala çıxdı. 21 finalçıdan biridə məktəbimizin 11 “C” sinif şagirdi Məryəm Vəliyeva “No roots” mahnısıyla festivalda çıxış üçün yer qazandı. Sonda bütün iştirakçılara diplom və xatirə hədiyyələri təqdim edildi. Məryəmi kollektivimiz adından təbrik edir, daha böyük uğurlara imza atmasını diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi