Qanlı Yanvar

19 yanvarda məktəbimizdə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad edildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən 29 il keçsə də, məktəbimizin şagirdləri o müdhiş gecəni öz refaratları ilə unutmadıqlarını, bu faciəni törədənlərə öz dərin nifrətlərini bildirdilər, divar qəzetlərində Qanlı Yanvar hadisələrininin xalqımızın qəlbində açdığı yaraları təsvir etməyə çalışdılar, Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizi unutmadıqlarını və heç bir zaman da unutmayacaqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi