Özümü xöşbəxt müəllim hesab edirəm

İngilis dili müəllimi Şəfa Qasımova məktəbimizin fəal müəllimlərindən biridir. O,uzun illərdi ki, tədris etdiyi ingilis dilini şagirdlərə sevdirə bilib. Şəfa Qasımova dərslər zamanı bir birindən maraqlı metodlarla dərslərə rəng qatmaqla bərabər şagirdlərdə dilə olan marağı artırmağa nail olub. Şəfa Qasımova məktəbdə Danışıq klubları çərçivəsində bir çox maraqlı dərslər təşkil etmişdir. 2017-ci ildə Bakı şəhəri Təhsil İdarəsinin müəllim –təlimçi sertifikatına layiq görülmüşdür. Bu yaxınlarda ölkəmizin fəal müəllimlərini işıqlandıran “ Mən birinciyəm” adlı qəzetinə müsahibə verən Şəfa Qasımova əsas hədəfinin ingilis dilini şagirdlər tərəfindən sevilərək öyrənilməsinin olduğunu bildirib. Bu müqəddəs peşədə Şəfa Qasımovaya kollektiv adından uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi