31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı

28 dekabrda məktəbimizdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ibtidai sinif şagirdlərinin iştirakı ilə musiqili-əyləncəli tədbir keçirildi. Tədbirin giriş hissəsini öz təbrikləri ilə açan məktəb direktoru Nailə Əhmədova tədbir iştirakçılarına “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” haqqında bəzi məlumatlar verdi. Daha sonra “Yeni il” mahiyyəti haqqında danişan ibtidai sinif müəllimi Xuraman Ağakişiyeva çıxışında bildirdi ki, Yeni il bayramı dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bu bayramı uşaqlar səbirsizliklə gözləyirlər. Bayram ərəfəsində ətrafdakı canlanma bayram əhval ruhiyyəsi uşaqlara xoş təsir bağışlayır. 31 Dekabr isə Azəraycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühim rol oynayır. Bildiyimiz kimi dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabr axırlarında Naxçıvanda sərhədlərin dağılması zamanı qoyuldu. Xuraman Ağakişiyeva daha sonra bildirdi ki, 31 dekabr tarixində bütün azəraycanlılar bir olur, böyüklər kimi uşaqlarımız da öz vətənpərvərlik hissi ilə fəxr edirlər. Sonra isə uşaqların ifa etdiyi biri-birindən maraqlı şeir, mahnı və səhnəcikləri Yeni il qabağı hər kəsin sevincinə səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi