Məktəbimizin 80 illik yubileyi

21 dekabr 2018 ci il tarixdə Milli Qəhrəman R. Əhmədovun adını daşıyan doğma məktəbimizin Rəşid Behbudov adına Mahnı Teatrnda 80 illik yubileyini qeyd etdik. Yubiley tədbirini məktəbimizin direktoru Nailə Əhmədova açdı. Tədbir iştirakçılarını salamladıqdan sonra təhsil müəssisələri içərisində orta məktəblərin əvəzsiz rolu olduğunu, hər kəsin həyatında silinməz iz buraxdığını xüsusi vurğuladı. Sonra 1938 ci ildən bu günə qədər məktəbimizin keçdiyi yol işıqlandırıldı. Ölkəmiz müstəqillik qazanandan sonra təhsilimizə ümummilli lider H. Əliyevin misilsiz qayğısı sayəsində əldə etdiyimiz uğurlardan danışıldı. Həmçinin möhtərəm prezidentimiz İlham Əliyevin, vitse prezident Mehriban Əliyevanın ölkə təhsilinə olan diqqət və himayədarlıqları və bu sahədə həyata keçirilən misilsiz yeniliklər qeyd edildi. Tədbirimizin qonaqları Millət vəkili və Mətbuat Şurasının sədri Əflatun Amaşov,Səbail rayon Azad Həmkarlar təşkilatının sədri Mükafat Abbasov, Səbail rayonu 8-ci Polis bölməsinin Y.Y.Ç- nın baş inspektoru polis mayoru Pərvanə Səfərova,Səbail rayon məktəb direktorları çıxış edərək kollektivi bu önəmli gün münasibətilə təbrik etdilər. Sonra xüsusi olaraq hazırlanmış proqram təqdim olundu. Proqram retrospektiv şəkildə başlandı. 11-ci sinif şagirdləri Nərmin Ağazadə və Həmilə Xəlilovanın təqdim etdikləri 203№məktəbin keçmiş və bugünki şagirdinin polemikası çox böyük marağa səbəb oldu. Tədbirdə ilk dəfə sözləri məktəbimizin dil ədəbiyyat müəllimi Elmira Asanovaya, musiqisi isə valideyn Alim Mirzəyevə məxsus məktəbimizin himni səsləndi və hər kəs tərəfindən hərarətlə qarşılandı. Tədbir Muğam ustası, xanəndə Nuriyyə Hüseynovanın ifasında Qarabağ şikəstəsi ilə başa çatdı. Xüsusi formada və orijinal quruluşda hazırlanmış yubiley tədbirimizdən hamı çox xoş təəssüratlarla ayrıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi