Əbədi örnək

O kəslər tarixi şəxsiyyətə çevrilir ki, onlar tarix yaratmağı bacarırlar.Belə tarixi şəxsiyyətlərdən biri də Müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın ümumimilli lideri Heydər Əlirza oğlu Əliyevdir.12 dekabr Ulu öndərimizin anım günüdür.Bu gün Azərbaycanın hər yerində olduğu kim məktəbimizdə də Ulu öndərimizin əziz xatirəsi yad edildi. Heydər Əliyev dahi şəxsiyyətlərə məxsus mənalı, mürəkkəb, mübarizələrlə dolu şərəfli bir ömür yaşadı.Xalqına, dövlətinə fədakarcasına, təmənnasız xidmət göstərdi və özündən sonra mənalı ömrünü həsr etdiyi şah əsərini – Müstəqil Azərbaycan dövlətini qurub getdi.Memarı və qurucusu olduğu Müstəqil Azərbaycan yaşadıqca Ümummilli liderimiz Heydər Əliyev qəlblərdə əbədiyyətə qovuşacaq və yaşayacaqdır.11 dekabr məktəbimizin ibtidai sinif müəllimi Gülxar Bağırovanın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Əbədi örnək” adlı ədəbi-bədii kompozisiya təşkil olunmuşdur. Tədbir Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu. Ardınca çıxış edən şagirdlərimiz Ulu Öndərə həsr olunmuş şeir və musiqilər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi