Dünyanı tanıyaq

Dünyanın qloballaşması, dünya xalqlarının bir-birini daha yaxından tanımasına sövq edir. Bu məqsədlə 4 “C” sinfində Gülnar Ağayevanın rəhbərliyi ilə “Dünyanı tanıyaq” adlı tədbiri keçirildi. Tədbirdə şagirdlər tərəfindən Polşa, Venqriya, Bolqariya, Rumuniya və Monqolustan xalqlarının yaşadıqları ərazi, görməli yerləri, məşquliyyəti, milli musiqiləri, mətbəxi, geyimləri barədə məlumat verildi, slaydlar göstərildi. Şagirdlərin həmin xalqların milli geyimlərində nümayiş etdikləri rəqslər qonaqlarda xoş təəssürat yaratdı. Keçirilən tədbirin çox böyük əhəmiyyət kəsb etdiyini qeyd edən məktəbin direktoru Nailə Əhmədova Gülnar Ağayevaya, iştirakçılara öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi