Siqaretə yox deyək, gələcəyi xilas edək

Dünyanın elə bir ölkəsi yoxdur ki orada insanlar tütün və tütün məhsullarının təsirindən əziyyət çəkməsinlər. Tütün və tütün tüstüsünün sağlamlığa nə qədər ziyan vurduğu hamıya məlumdur. Amma bununla belə siqaret çəkənlərin sayı artır. Tütünlə mübarizəyə bütün ölkələrlə yanaşı Azərbaycan da qoşulub Azərbaycanda qanunvericiliklə ictimai yerlərdə - ictimai nəqliyyatda, ticarət, iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında, eləcə də qapalı məkanlarda, o cümlədən inzibati binalarda, iş yerlərində siqaret çəkmək qadağandır. Tədris-tərbiyə, səhiyyə-sağlamlıq, həmçinin mədəniyyət obyektlərində, kütləvi tədbir keçirilən yerlərdə də siqaret çəkmək olmaz. Bu əmələ görə inzibatı məsuliyyət - cərimə nəzərdə tutulur. Bu məqsədlə 4 dekabrda məktəbimizin kimya müəllimi Yeganə İsmayılova tərəfindən “Siqaretə yox deyək, gələcəyi xilas edək!”maarifləndirici tədbir keçirildi.Yeganə İsmayılova bu tədbirin əhəmiyyəti barədə danışaraq bildirib ki, hər bir cəmiyyətin gələcəyi onun yeni nəslinin sağlamlığından, təhsil və tərbiyəsindən asılıdır. Kimyəvi tərkibli maddələrin, xüsusilə siqaret aludəçiliyinin zərərindən, sağlamlığa təsirindən danışaraq qeyd edib ki, tədbirin əsas məqsədi 13-17 yaş qrup yeniyətmələr arasında siqaret aludəçiliyi, bunun nəticəsində dərsdən yayınma hallarına səbəb olan fəsadların aradan qaldırılmasına yönəldilib. Tədbirdə iştirak edən məktəbin direktoru Nailə Əhmədova bildirib ki, siqaret aludəçiliyi bəzən yeniyetmə yaşlarından başlayaraq ömürlük vərdişə çevrilir və uzun müddətli ciddi sağlamlıq fəsadlarına səbəb olur. Buna qarşı bütün cəmiyyət səfərbər olmalıdır. Tədbir 8 “A” sinif şagirdlərinin təqdimatı, səhnəciyi ilə davam etdirilib.Bu tədbir məktəblilər arasında maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi