Heydər Əliyev Mərkəzinə ekskursiya

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 21 noyabrda məktəbimizin şagird və müəllimlərinin bir qrupu Heydər Əliyev Mərkəzinə ekskursiya edib. Şagirdlərin iştirak etdikləri ekskursiya ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi ilə təşkil olunub.Mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, orijinal quruluşa malik olan bina haqqında məlumat veriblər. Bildirilib ki, müasir Bakının rəmzlərindən biri hesab edilən Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Mərkəzdə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumatlar ən son texnoloji yeniliklərdən istifadə edilməklə interaktiv formada təqdim olunur. Məktəblilər xoş təəssüratla ekskursiyadan qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi