Bayrağımız - baş tacımız!

8 noyabrda Dövlət Bayrağının qəbul olunmasının 100 illik yubileyi ilə əlaqədar olaraq məktəbimizdə Tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlının və Uşaq birliyinin rəhbəri Sevinc Abdullayevanın təşkilatçılığı ilə "Bayrağımız baş tacımız" adlı geniş və möhtəşəm tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nailə Əhmədova açdı. Bayrağımızın qürur mənbəyi olduğunu xüsusilə vurğulayaraq hər kəsi bu əlamətdar gün münasibətilə təbrik etdi. Sonra bayraq musiqisinin sədaları altında müqəddəs bayrağımız səhnəyə gətirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tarix müəllimi Haqverdi Cəfərovun üçrəngli bayrağımızın tarixi ilə bağlı çıxışı hər kəsin xüsusi marağına səbəb oldu. Tədbir şagirdlərin çıxışı ilə davam etdirildi. Onların vətənpərvərlik mövzusunda çıxışları gurultulu alqışlandı. Sonda Nisə Qurbanlı çıxış edərək iştirakçılara təşəkkürünü bildirdi və bayrağımızın Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti nəticəsində işğal olunmuş ərazilərimizdə dalğalanacağı gün çoxda uzaqda olmadığına sarsılmaz inamımızı vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi