Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə

Məktəbimizin 10”A” sinif şagirdi Aydan Hacıyeva oktyabrın 30-da Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda konfransda iştirak etdi. Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Bakı məktəbliləri arasında təşkil olunan “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsinin nəticələri elan olundu. Konfransda məktəblilərin milli ruhda tərbiyəsi, onların Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti, adət-ənələrimiz və dəyərlərimiz barədəki biliklərinin artırılması və ümumilikdə şagirdlərin bu mövzularda özlərini ifadə etmə bacarıqlarının inkişafı baxımından bu cür müsabiqələrin böyük əhəmiyyətə malik olduğu qeyd olundu. Aydan bu mövzuda yazdığı inşa-yaziya görə Sertifikatla təltif olundu. Aydanı kollektivimiz adından təbrik edirik, daha böyük zirvələrə addım atmasını diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi