Sirli-sehirli rəqəmlər

30 oktyabrda 1”A” sinfində “Sirli-sehirli rəqəmlər” adlı əyləncəli tədbir keçirildi. Məktəbə təzə qədəm qoymuş birincilər rəqəmlər haqqında öyrəndiklərini həvəslə nümayiş etdirdilər. Hazırladıqları ədəd kartlarının sərgisini təşkil etdilər.Tədbirdə rəqəmlərlə bağlı məzəli şeirlər, lətifələr söylənildi. Sonra bu fidan balalar rəqəmlərə aid hazırladıqları səhnəciyi təqdim etdilər. Sonda ən yaxşı ədəd kartları hazırlamış şagirdlər I, II, III yerə layiq görülərək mükafatlandırıldılar. Tədbir onu izləyənlər tərəfindən maraqla qarşılandı. Belə gözəl tədbirə görə Xuraman müəlliməyə təşəkkür edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi