YARAT Müasir İncəsənət Məkanına ekskursiya

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə keçirilən ekskusiya şagirdlərinin dünyagörüşünü, bilik və bacarıqlarını inkişaf etdirmək, şagirdlərin asudə vaxtlarının səmərəli keçməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir. 26 oktyabrda məktəbimizin bir qrup müəllim və şagird kollektivi “YARAT Müasir İncəsənət Məkanı”na ekskursiya etdilər. Şagirdlərimizin yaş qrupuna uyğun olaraq hazırlanan ekskursiyada muzeyinin gülərüz işçiləri tərəfindən müxtəlif qısa mühazirələr oxunub və bir çox yaradıcı oyunlar keçirilib. Şagirdlər bu ekskursiyadan çox razı qaldılar və zəngin məlumatlar əldə etdilər. Müasir dövrümüzdə şagirdlərimizin gələcəkdə bir şəxsiyyət kimi formalaşması üçün bu cür ekskursiyaların böyük rolu var.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi