İstedadlı və yaradıcı gənclərin III Respublika toplantısı

Oktyabrın 23-də “Fairmont Baku” otelində istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib. Məktəbimizin 11 “C” sinif şagirdi Məryəm Vəliyeva və 10 “A” sinif şagirdi Şəbnəm əlili bu tədbirdə iştirak ediblər. Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, elm və təhsil müəssələrinin nümayəndələri, gənclər iştirak ediblər. Sonra respublikamızda istedadlı və yaradıcı gənclərin fəaliyyəti, bu sahədə keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi