18 Oktyabr-Dövlət Müstəqilliyi Günü

Bu gün -18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Günüdür. XX yüzilliyin sonlarında Sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Məktəbimizdə Müstəqilliyimizin 27 ci ildönümünə həsr olunmuş bir sıra tədbirlər keçirildi. Bu tədbirlərdən biri ibtidai sinif müəllimləri Almaz İsmaylovanın 3 “A” sinfində və Çiçək Əhmədovanın 4”B” sinfində “ 18 Oktyabr-Dövlət Müstəqilliyi Günü” nə həsr etdikləri dərs oldu.Dərsdə şagirdlər Müstəqillik Gününə aid məlumatlar əldə edib, müstəqilliyimizi əks etdirən videoçarx izlədilər. Şagirdlər Azərbaycana aid şeirlər söylədilər,rəsmlər çəkdilər, vətənə sevgi və məhəbbəti öz fikirləri ilə bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi