5 oktyabr Beynəlxalq müəııimlər günü

Əvəzsiz peşə sahibi olan müəllimlər! Cəmiyyətin memarları olan müəllimlər! Peşə bayramınız mübarək! 5 oktyabr Beynəlxalq müəllimlər günü münasibətilə məktəbimizin direktoru Nailə Əhmədova kollektivi təbrik məqsədilə bir araya topladı. Dəyərli peşə sahibləri olan həmkarlarını ürəkdən təbrik etdi, onlara çətin və şərəfli peşələrində uğurlar arzuladı. Sonra o, çalışmanın yaş həddinə çatmış müəllimlərimiz Məryət Səlimova və Elmira Xəlilovanı uzun illər gənc nəslin təlim tərbiyəsində göstərdikləri xidmətə görə təbrik edib, təşəkkürünü bildirdi. Sonda Nailə xanım kollektivə öz fəaliyyətlərində yeni-yeni uğurlar, can sağlığı dilədi. Həmçinin bu münasibətlə məktəbimizin şagirdləri sevimli müəllimlərini təbrik məqsədilə divar qəzetləri hazırladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi